Dolların rəsmi məzənnəsi son 7 ayda ən yüksək həddə çatıb
Azərbaycanda ABŞ dollarının məzənnəsi son 7 ayda ən yüksək həddə çatıb. Azərbaycan Mərkəzi Bankının bu gün açıqladığı rəsmi məzənnələrdə ABŞ dollarının məzənnəsini 1,051 manat müəyyən edilib. Bu, aprel ayından indiyədək dolların ən yüksək rəsmi məzənnəsidir. Sonuncu dəfə, dolların qiyməti bu ilin aprel ayında 1,05 manatı keçib. Aprelin 20-də 1 dollar 1,0502 manata bərabər olmuşdu (fins.az)