baki

Azərbaycan dünyanın təhlükəli ölkələri arasında

bakiBöyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşları üçün təhlükəli ölkələrin olduğu siyahını dərc edib. Siyahıda Azərbaycanın da adı var.

“The İndependent” qəzetinin verdiyi məlumata görə, Britaniya XİN-nin siyahısında 45 ölkənin adı var. 

Təhlükəli ölkələrin siyahısına Əfqanıstan, Burundi, Mərkəzi Afrika Respublikası, Tunis, Çad,İraq, Qvineya, Yəmən və digərləri daxil edilib. Siyahıda ən təhlükəli ölkə isə hazırda vətəndaş müharibəsinin davam etdiyi Suriya hesab olunur.

XİN bu siyahının hazırlanmasına səbəb kimi həmin ölkələrdə vətəndaşları üçün potensial təhlükənin mövcud olmasını göstərib. 

Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.

Britaniya XİN-in ekspertləri tövsiyə edirlər ki, bu ölkənin vətəndaşları zərurət olmasa, Çeçenistanla sərhəd ölkələrə – Gürcüstan və Azərbaycana, habelə Ukraynanın şərq regionlarına getməsinlər.

Azərbaycan Xarici İşlər Nazirliyi isə təhlükəli ölkələr sırasında Azərbaycanın adının olmasını şərh etmək istəmədi. Naziliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında “Nazirlik bu məsələni şərh etməyəcək”-deyə bildirdi (ans press).