Yəməndə terror aktı nəticəsində 16 əsgər ölüb

ukr-antiterror2Yəmənin şərqində Marib vilayətində yola qoyulan bombanın partlaması nəticəsində hökumət ordusunun 16 əsgəri ölüb.

Bildirilir ki, partlayış zamanı daha 6 əsgər yaralanıb. Məlumata əsasən hadisədən xəsarət alan əsgərlər ordu düşərgəsində növbə çəkənlərdir. Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib. (APA)