Mogerini Ukraynanı sonacan müdafiə edəcəklərini bildirdi

Federica MogheriniAvropa Birliyi xarici siyasət rəhbəri Federica Mogherini Ukryanaya səfər edib. Bu gün Ukryana prezidenti Poroşenko Federica Mogherini və onu müşayiət edən AB heyətini qəbul edib.

Görüşdən sonra təşkil olunan mətbuat konfransnda Mogherini, AB ölkələrinin Ukraynadakı islahatları dəstəklədiyini bildirib. Mogherini, AB-nin  separatçıların əlində olan Donbas və Rusiyaya qatılan Kırım mövzusunda da Ukryanaya dəstəyini davam etdirəcəklərini bildirib.

Ukraynada korrupsiyaya qarşı mübarizə, islahatların davam etdirilməsinin lazım olduğunu vurğulayan Mogherini, bunun viza rejimi və AB ilə tərəfdaşlıq sazişi üçün açar şərt olduğunu ifadə edib.

Ukraynaya dördüncü səfərini reallaşdıran Mogherini, görüşdə xüsusilə ölkənin şərq əyaləti olan Donbasda silahların geri çəkilməsi və daimi sülhün təmin edilməsi, Krım böhranının əlaqələndirilməsi, həmçinin Minskdə imzalanan sülh razılaşmasının həyata keçirilməsi üzərində dayandıqlarını vurğulayıb.

Mogherini, səfəri çərçivəsində Krım tatarlarının lideri Mustafa Cəmiloğlu (Kırımoğlu) ilə də bir araya gəlib.

 

azadliq.info