Medvedev: “Uçuş qadağası qısamüddətli deyil”

medvedRusiyanın baş naziri Dmitri Medvedev, Rusiyadan Misirə gedən təyyarə uçuşlarına tətbiq olunan qadağasının qısamüddətli olmadığını bildirib.
Misirə istiqamətli uçuşlara qoyulan qadağaya toxunan Medvedev bildirib: “Bu, qısamüddətli qadağa deyil. Hətta hazırda vəziyyətin çox sakit olmasına baxmayaraq. Problem dərhal həll ediləcək deyib hisslərə qapılmamaq lazımdır. Misirdəki insanların dönməsi və insanların təhlükəsizliyinin təmin edilməsi üçün zaman lazımdır. Vətəndaşlar müxtəlif tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq. Turizm firmalarının problemin hüquqi və maliyyə tərəfini araşdırması lazımdır.

 

azadliq.info