İpoteka kimlərə verilir?

ipoteka

Bu kreditdən ən çox faydalanan bank işçiləridir

Məhəmməd Talıblı: «Bu cür problemlərin olması əslində ipoteka siyasətinin ünvanlı olmamasından xəbər verir»

Azərbaycanda ipoteka kreditlərinə görə daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər. Ipoteka kreditlərinin təqribən 22 faizi onların payına düşür. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan Ipoteka Fondunun (AIF) hesabatında deyilir.

Siyahıda sonrakı yerləri hərbçilər (20,7 faiz), enerji sahəsinin (13,1 faiz) və hüquq-mühafizə orqanları əməkdaşları (9,2 faiz) tuturlar.

Kreditlərin qalan hissəsi rabitə, nəqliyyat, səhiyyə, təhsil, tikinti və digər sahələrin əməkdaşlarının payına düşür.

Bununla yanaşı, vətəndaşlar daha çox (52,9 faiz) ipotekaya qiyməti 30-60 min manat olan mənzillər (2015-ci ilin III rübün sonuna) alırlar.

Hesabata əsasən, əksər hallarda ipoteka obyekti qismində ümumi sahəsi 40-60 kvadratmetr (41,7 faiz) və 60-80 kvadratmetr (30,7 faiz) olan mənzillər olur.

AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabrında AIF xətti üzrə 77,2 milyon manat məbləğində kredit verilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən təqribən 1,8 faiz azdır (“Trend”).

Bundan əvvəl isə ipoteka kreditlərinin böyük hissəsi şəhərlərdəÿ verilir. Beləÿki, Bakıda 12 227, Sumqayıtda 1 641, Abşeronda 921, Gəncədə ÿ650 nəfərə ÿkredit verilib. Bu bütün ipoteka kreditlərinin 93 faizini təşkil edir. Bəzi rayon vəÿ şəhərlərdə, o sıradan Şərur, Balakən, Salyan, Oğuz, Ucar, Sabirabad, Ağcabədi, Ağsu, Xanlar rayonlarında cəmi 1 nəfər ipotekadan faydalana bilib.

Azərbaycanın 26 şəhər və ÿrayonunda indiyəÿ qədər heç kim ipoteka krediti almayıb. Bu rayonların bir hissəsi işğal altında olanÿ ərazilərəÿ düşür (Xankəndi, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa vəÿ Zəngilan). Bununla yanaşı, Hacıqabul, Xızı, Kürdəmir, Qobustan, Qusar, Lerik, Masallı, Saatlı vəÿ Zərdabdan, eləcəÿdə ÿNaxçıvan Muxtar Respublikasındakı Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonlarında da ipoteka krediti verilməyib.

Bütün bu açıqlanan faktlar hökumətin ipoteka siyasətinin yanlış yön aldığını sübut edir. Ipoteka siyasəti aztəminatlı ailələrin mənzil problemini həll etmək iqtidarında deyil.

mehemmed-talibli

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ipoteka kreditlərinin məqsədi daha çox həssas sosial qrupların mənzillə təminatını yaxşılaşdırmaqdır. Ipoteka şərtlərinin çox ağır olduğunu deyən M.Talıblı vurğuladı ki, ipoteka krediti götürən 2.5 dəfə əlavə vəsait ödəmək hesabına mənzilə sahib olur. Bu cür ödənişi isə heç cür sosial ipoteka adlandırmaq olmaz: “Əslində büdcədən ayrılmış ipoteka kreditində geriyə dönüş vəsaitin faiz dərəcələrinin belə yüksək olması ağlabatan deyil. Çünki ictimai vəsaitin təminatında olmalıdır ki, ictimai vəsait vətəndaşlar üçün nəzərdə tutulur və burada heç bir kommersiya marağı ola bilməz. Ölkədə həm dövlət, həm də özəl bankların ayırdığı kreditlər mənzillə real ehtiyacı olan şəxslərin tələbatını ödəmək iqtidarında deyil. Nəticədə ipoteka üçün ayrılan  vəsaitlərdən daha çox sosial baxımdan təminatlı kəsim yararlanır. Sosial ipoteka hazırda və yaxın zamanlarda mənzil almaq imkanı olmayan şəxslərə aid edilməlidir. Amma bank işçiləri, hərbçilər yüksək əmək haqqı alırlar. Məhz bu yüksək əmək haqqı hesabına onlar ipoteka kreditini ala bilirlər”.

M.Talıblının sözlərinə görə, amma gənc müəllimlər, gənc həkimlər kredit üçün nəzərdə tutulan şərtləri təmin etmədiyi üçün kredit ala bilmirlər. “Nəticədə heç mənzili olmayanlar uzun müddət mənzilsiz qalır. Bir və ya bir neçə mənzili olan, ya da bir müddət sonra mənzil ala biləcək kəsim ipoteka kreditindən yararlana bilir. Bu cür problemlərin olması əslində ipoteka siyasətinin ünvanlı olmamasından xəbər verir”, deyə M.Talıblı vurğuladı.

M.Talıblı vurğuladı ki, Azərbaycanda ipoteka hədəflərinə çata bilmir. Çünki ipoteka siyasəti nəticəsində mənzil ala bilməyən ailələr mənzilə qovuşmurlar. Coğrafi baxımdan da ipoteka krediti verilən vətəndaşların böyük qismi paytaxt ətrafında yaşayır: “Bu da yalnış siyasətdir. Çünki ipoteka krediti bütün ölkə ərazisinə şamil edilməli və paytaxtdan kənarda yaşayanlara tətbiq edilən şərtlər daha yüngül olmalıdır”.

Xəyal