Bu həftə sonundan Azərbaycan Saatı Kanal 24 TV-də yayımlanacaq

azsaat-loqoBu həftə sonundan başlayaraq Azərbaycan Saatı hər həftənin şənbə və bazar günləri Bakı vaxtı ilə saat 21-00-da Kanal 24 TV- də yayımda olacaq. Bu barədə “Azərbaycan Saatı” proqramının yaradıcısı Qənimər Zahid məlumat verib: “İki kanaldan yayıma müvəqqəti olaraq son verməli olduq və bir müddət bir kanaldan yayımda olacağıq. Onu da deyim ki, Kanal 24 TV- də saat 21.00-da yayını qaçıranlar, bu və ya digər səbəblərdən baxa bilməyənlər üçün saat 23.00-da təkrarən efirdə olacağıq (Təbii ki, həmin kanalda, Kanal24 TV də)”.