“G-20″yə gələn kralın əşyalarını 16 yük maşını daşıdı

seudiyye kraliG20 sammitinə qatılacaq Səudiyyə Ərəbistanı Kralı Salman və onu müşayiət edəcək heyətinin xüsusi əşyaları “Mardan Palace” otelinə gətirilib. “Mardan Palace”ni üç gün müddətinə bağlatdıran Kral, artıq məskunlaşacağı məkana 16 yük maşını şəxsi əşya və 65 ədəd xüsusi  hazırlanmış Mercedes markalı avtomobil gətizdirib. Kral Salman və Şahzadə Telal gecəsi 15 min Avro olan xüsusi otaqlarda yerləşəcəklər. 15-16 oktyabrda baş tutacaq Sammitdə ikinici ən böyük heyyətlə təmsil olunacaq Səudiyyə Ərəbistanı, nümayəndələrinin bir qismini artıq Antaliyaya göndərib.

Təxminən min nəfərlik Səudiyyə Ərəbistanı heyəti üçün “Mardan Palace”də 546 otaq hazırlanıb. Səudiyyə heyətinin  gündəlik otel xərclərinin isə 1 milyon dolların üzərində olacağı bildirilir.

 

azadliq.info