Estoniyanın hava yolları şirkəti müflis oldu

estonairEstoniyanın hava yolları şirkəti iflas edib. Star Allians qrupuna daxil olan şirkət noyabrın 8-dən etibarən bütün uçuşlarını ləğv edib. 8-10 noyabr tarixlərinə alınan biletlər başqa şirkətlərin reyslərinə dəyişdirilir. 10 noyabrdan sonraya alınana biletlərin isə pulu geri qaytarılacaq.

Şirkətin iflas etməsinə səbəb dövlətin ayırdığı dotasiyanın geri çəkilməsi olub. Avropa Birliyinin Rəqabət Komissiyası 85 milyon avroluq dotasiyanın haqsız olaraq ayrıldığını əsas gətirərək geri qaytarılmasını tələb etmişdi.

azadliq.info