Noyabrın 6-da Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub. Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir.
MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.
Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
“Qafqazinfo” isə həbs olunan digər iki MTN-çinin kimliyi ilə bağlı məlumat əldə edib. Həmin şəxslər Orxan Osmanov və Akif Əliyevdir. Onların hər ikisi Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Akif Əliyev idarədə rəis, Orxan Osmanov isə onun köməkçisi olub.



