…indi kimsən buralarda axı sən, Vətən?

saadet-cahangir-kose

Səadət Cahangir

Nədi bu qəsb əsirliyi,
bu çilən, Vətən?
bir paytaxtın ortasında
devrilən Vətən…

Bir yürüşün zəfərinə
qurbanlıq kimi
daş heykəllərin başına
çevrilən Vətən…

Bütün şəhər qapıları
üzünə bağlı,
indi kimsən buralarda
axı sən, Vətən?..

Bir şəhid balasını da
götür yanına,
tozlu məzar yollarında
dur dilən, Vətən…

Gözüyaşlıların halı
kimin dərdinə,
hanı, harda göz yaşını
bir silən, Vətən?..