Deputat butulkanın möhkəmliyini həmkarının başında yoxlayıb

deputatUkrayna parlamentində dava-dalaş həmişə əyləncəli və gülməli görünüb. Ta ki Xalq Cəbhəsindən olan millət vəkili Andriy Teteruk-la «Batkivşina» Partiyasını təmsil edən qadın deputat Oleksandra Kuzhel-in mübahisəsinə qədər.

Sonuncu hadisədə Andriy Teteruk Oleksandra Kuzhel-in başına butulka ilişdirib. «Butulka əməliyyatı» parlamentin növbəti sessiyası başa çatandan sonra baş verib. Özü də spiker Volodymyr Groysman-ın otağınınqarşısında.Hadisə nəticəsində 62 yaşlı Kuzhel-in gözü qaralıb, beyin silkələnməsi keçirib.

«Batkivşina» Partiyasının yaydığı məlumatda deyilir ki, şahidlərin bildirdiyinə görə, Teteruk Kuzhel-i əvvəlcə təhqir edib. Sonra da əlindəki butulka ilə onun başına zərbə vurub.