Türk ordusu PKK-nın alınmaz qalasını dağıtdı VİDEO

Türkiyə Silahlı Qüvvələrinin 40 gündür Hakkari Yüksekovada PKK-ya qarşı həyata keçirdiyi nəhəng əməliyyat başa çatıb. Əməliyyat boyunca 119 PKK-çı məhv edilib. “Şəhid İlkər Çelikcan” adlı əməliyyatın keçirildiyi ərazi çözüm mərhələsi boyunca PKK-nın əsas sığınacağı olub. Terrorçular dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə olan Buzul dağı, İkiyaxa dağları və Doski vadisində yerləşiblər. Türk əsgərlərinin əməliyyatına havadan da dəstək verilib.

PKK bu əraziləri azad edilmiş bölgə adlandıraraq hakimiyyətini burada elan etməyi planlaşdırıbmış. Əməliyyat zamanı terrorçuların sığınacaqları, mağaraları, ərzaq və silah anbarları məhv edilib.

Türkiyə mətbuatının məlumatına görə, PKK-çıların qala hesab etdiyi bu bölgədə əməliyyat sentyabrın 27-də başlayıb, noyabrın 5-də tamamlanıb.

Gültəkin