“Təyyarənin partladıldığını düşünürəm”

obama-19may2011-2Misirin Sina yarımadasında qəzaya uğryan Rusiya təyyarəsi ətrafında qalmaqal səngimir. Belə ki, 224 sərnişinin öldüyü təyyarə qəzasında “İŞİD izi” axtaran dövlətlərin sayı artmaqdadır. İsrail, ABŞ və Böyük Britaniya kimi dövlətlər təyyarənin kənar təsir nəticəsində partladığı haqda ehtimallar səsləndirsə də, rəsmi Kreml bunu inkar edir. Böyük Britaniyanın bu istiqamətdə bütün aviareisləri qeyri-müəyyən müddətə təxirə salması isə kənar təsir versiyasının üzərində dayanmaq üçün ciddi əsas verir. Hətta ABŞ prezidenti Obama da məsələyə münasibət bildirərkən bu versiyanın üzərində dayanıb. Noyabrın 5-də ABŞ mətbuatına müsahibə verən Obama, təyyarənin partladılmasını düşündüyünü bildirib: Əlimizdə dəqiq kəşfiyyat məlumatları yoxdur, amma təyyarədə bomba olduğunu düşünürəm”,- deyə ABŞ prezidenti bildirib.

azadliq.info