Azadlıq radiosu 2015-ci il parlament seçkilərinin nəticələrini əks etdirən internet sorğusu keçirir. Sorğu bu ilin noyabrın 1-dən radionun saytına yerləşdirilib.
Sorğunun sualı belədir:
Deputat seçildiyi elan edilmiş namizəd sizin səs verdiyiniz adamdırmı?
Noyabrın 6-sı saat 18-ə olan nəticəyə görə sorğuya qatılan 909 nəfər faiz nisbəti ilə aşağıdakı cavabları veriblər.
Bəli, mən səs verdiyim namizəd qalib oldu – 9,4 %;
Yox, qalib elan olunan namizədə mən səs verməmişdim – 18,5%;
Seçkiyə getmədim -72,2 %