NATO baş katibinin müavini Jamie Patrick Avstriyanın paytaxtı Vyanada Diplomatiya Akademiyasında təşkil edilən “AB üçün Qlobal Strateji-Yeni perspektivlər” konfransında Rusiyanı Avropa və NATO üçün təhdid hesab etdiyini bildirib.
Bir toplantı iştirakçısının “NATO-nun düşməni kimdir?” sualına, “Rusiya, Ukraynanın bir parçasını öz ərazisinə birləşdirib, bir hissəsini işğal edib və hələ də işğal altında sxlamaqda davam edir. Minlərlə insanı isə köçkün və qaçqın vəziyyətinə salıb. Rusiya bir təhdiddir. Bizim tərəfdaşlarımızın hava məkanını pozur, ərazilərini işğal edir”,-deyə NATO rəsmisi bildirib.
azadliq.info