Misirin hərbi çevrilişlə hakimiyyətə gələn prezidenti Əbdülfəttah Sisinin İngiltərəyə səfəri “Human Rights Watch”un ciddi etirazına səbəb olub. Təşkilat Beynəlxalq Məhkəmə tərəfindən mühakimə olunmalı olan adamın baş nazir Cameron tərəfindən qəbul olunmasını qəbuledilməz adlandırıb:
“Sisi Beynəlxalq Ceza Məhkəməsi tərəfindən mühakimə olunmalı olduğu halıda, parlament binasında baş nazir Devid Cameron tərəfindən qəbul edilir. Bu bir skandaldır”.
Təşkilatın Yaxın Şərq və Şimali Afrika direktoru Leah Vhitson, Sisinin Misir xalqına qarşı repressiyalarına baxmayaraq, İngiltərənin buna reaksiya verməməsini də tənqid edib: “Misir xalqı, İngiltərə hökumətinin bu rəftarını əsla unutmayacaq”,- deyə Vhitson bildirib.
azadliq.info