İngiltərə, Misirdə Rusiya sərnişin təyyarəsinin terror hücumu nəticəsində partladıldığını bəyan etdikdən sonra turist kimi bu ölkəyə gələn vətəndaşlarını geri çağırıb.
Misir Aviasiya Nazirliyi İngiltərənin vətəndaşlarını geri çağırması haqda qərar verdiyini təsdiqləyib. Son sutka ərzində 17 təyyarənin Şarm Əl-Şeydən İngilis turistlərini ölkələrinə daşıdığını bildirən nazirlik, bu gün daha 29 təyyarənin bu məqsədlə Misirə gələcəyini açıqlayıb. Səlahiyyətlilər ümumilikdə, son iki gündə 80-ə yaxın təyyarənin istirahətini yarımçıq kəsən turistləri daşımaq üçün gəldiyini bildiriblər.
Nazirlik Rusiyanın da belə bir qərar verdiyini açıqlayıb.
azadliq.info