Gürcü qadın Ukrayna milli polisinin rəhbəri oldu

gurcu polis qadinUkrayna hökuməti milli polisin rəhbərliyinə Xatiya Dekanoidzenin namizədliyini dəstəkləyib. Bu barədə “112 Ukraina” telekanalı məlumat yayıb.

Bundan qabaq Ukrayna prezidenti Pyotr Poroşenko yeni hüquq-mühafizə orqanına əcnəbi şəxsin başcılıq edə biləcəyini istisna etmədiyini bildirmişdi.

Dekanoidze bundan əvvəl Ukrayna daxili işlər naziri müavinin müşaviri işləyib. Gürcüstanda isə təhsil naziri vəzifəsində çalışıb.