66 ildən sonra ilk dəfə görüşəcəklər

cin-tayvan prezidTayvan prezidenti Ma Ying-jeou şənbə günü Çin prezidenti Xi Jinping ilə Sinqapurda görüşəcək.
Tərəflər arasında yüksək rəhbərlik səviyyəsində görüş tarixdə ilk dəfə baş verəcək.
Tərəflərin bildirdiyinə görə, danışıqların əsas mövzusu Tayvan Boğazlarına çıxan iki tərəf arasındakı münasibətlərin yaxşılaşdırılması olacaq.
Çin Tayvan üzərində suverenliyə malik olduğunu iddia edərək Tayvanı əsas ərazidən qopmuş, lakin günlərin bir günü yenidən əsas əraziyə qovuşacaq bir bölgə sayır.
Tayvanda prezident Ma 2008-ci ildə vəzifəyə gəldikdən sonra ikitərəfli münasibətlər yaxşılaşmağa başlayıb.
Çin höküməti xəbərdarlıq edib ki, Tavyan müstəqillik qazanmağa cəhd göstərsə, hərbi qüvvədən istifadə olunacaq.
Tayvan hökümətinin sözçüsü Chen Yi-hsin deyib ki, prezident Ma-nın məqsədi “Taivan boğazları üzərindən sülhü təşviq etmək və mövcud “status quo” vəziyyətəni möhkəmləndirməkdir”.
Tayvan-Çin əlaqələrinin mühüm hadisələri
1949: Çində Mao Zedong-un kommunist partiyası hakimiyyətə gələndən sonra Chiang Kai-shek rəhbərliyi altında Kuomintang (KMT) millətçiləri Tayvanda hökümət qururlar
1971: BMT-də Tayvanın yeri Çinə güzəşt edilir
1979: ABŞ Çinlə diplomatik münasibətlər qurur, eyni zamanda Tayvanı müdafiə etmək öhdəliyini üzərinə götürür.
1993: Sinqapurda tərəflər arasında ilk dəfə olaraq birbaşa danışıqlar keçirilir
2005: Pekin Tayvanın Çinin əsas hissəsindən ayrılmasını kriminallaşdıran qanun qəbul edərək, bu halda hərbi qüvvədən istifadə ediləcəyi barədə xəbərdarlıq edir.
2008: Ma Ying-jeou Tayvanda prezident seçiləndən sonra tərəflər arasında yüksək səviyyədə danışıqlar bərpa olunub. (BBC)