Təyyarə qəzasına səbəb partlayış olub

rus teyyare qeza

Britaniya Şarm əl Şeyxə uçuşları dayandırdı

 

Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb partlayış olub. Lakin nəyin partladığı hələ məlum deyil. Bu barədə Reytersə “qara qutunu”araşdıran komissiyadakı mənbə bildirib.

Belə nəticəyə “qara qutu”dakı məlumatların araşdırılmasından sonra gəlinib. Bildirilir ki, partlayışın səbəbi keçiriləcək laborator analiz və hadisə yerindən əlavə sübutların əldə edilməsi nəticəsində müəyyən ediləcək.

Bu arada Britaniyanın Şarm əl Şeyxə uçuşları müvəqqəti dayandırması barədə məlumat yayılıb.

Britaniya hökumətinin məlumatında deyilir ki, buna səbəb təyyarənin partlayış nəticəsində qəzaya uğraması ilə bağlı ehtimallardır.

Fizzə