Suriyadakı hərbi əməliyyatlarda iştirak edən İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) daha iki komandanı – İzətullah Süleymani və Seyid Səccad Hüseyni həlak olublar. Hər iki hərbçi İrana gətirilərək, artıq dəfn ediliblər.
SEPAH komandirləri “Məhərrəm” adı verilən hərbi əməliyyat zamanı öldürülüblər.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl İŞİD döyüşçülərinin snayperlərdən istifadə etməklə, Suriyadakı yüksəkrütbəli İran hərbçilərini aradan götürmə taktikası seçdiklərini yazmışdıq. Verilən məlumata görə, artıq qısa müddət ərzində öldürülən İran hərbçilərinin sayı 30-u keçib. (strateq.az)