Dünyanın ən böyük neft ticarəti şirkəti “Vitol”un İcraçı direktoru İan Teylor, enerji qənaətinin artmasının qarşıdakı 10 ildə neftə tələbatın artmasını məhdudlaşdıracağını və neft qiymətlərinin bir daha heç vaxt 100 dollar/barel səviyyəsini görə bilməyəcəyini deyib.
Londonda keçirilən bir konfransda danışan Teylor, “Qarşıdakı bir neçə ildə neft bazarı yenidən balanslaşacaq və neft qiymətləri böyük ehtimalla 60-70 dollar/barel “dəhlizində gəzəcək”. Ancaq tələbin artmaması qiymətlərin son bir neçə ildəki yüksək səviyyələrə bir daha geri qayıtmasını əngəlləyə bilər” deyib.
Avtomobillərin elektrikli mühərrikə yönəldiyinə işarə edən Teylor, “Qənaət böyük olacaq, neftin qiymətində bir daha 100 dollar/barel səviyyəsini görə biləcəyimizə inanıram” deyə bildirib.