Fəhlələr yenidən etiraza qalxdı VİDEO və FOTOLAR

“AzərİnşaatSevris”dən maaşlarını ala bilməyən fəhlələr yenidən etiraz aksiyası keçirir. Onlara noyabrın 3-də maaşlarının veriləcəyi vəd olunmuşdu. Maaşlarını ala bilməyən fəhlələr noyabrın 4-də yenidən AzərİnşaatServisin qarşısına toplaşıblar. Onlar 5 aydır ödənməyən maaşlarını tələb edirlər.

Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Fəhlələlər bildirirlər ki, şirkət ümumilikdə, 1100 nəfərin 3,5 milyon manat maaşını ödəmir.

Ötən aksiyalarında fəhlələr Prezident Administrasiyasının qarşısına yürüş etmək istəyirdi. Polis onları yarı yoldan geri qayıdıb.

AzərİnşaatServisin departament müdiri Rəcəb Heydərov Azadlıq Radiosuna demişdi ki, şirkət ilk növbədə işçilərin əməkhaqlarının ödənməsi üçün çalışır. Maliyyə vəsaiti keçirlən kimi maaşlar veriləcək.

Bu vədlərə inanmayan fəhlələr isə maaşlarını alana kimi etirazlarını davam etdirəcəklərini bildirirlər.