“Azərbaycanda seçkilər hakimiyyətin yaratdığı qorxu şəraitində keçdi”

mariluize-bek-alman-deputatAlmaniyalı deputat: “Hökumət seçiciləri real seçim imkanından məhrum etmək üçün əlindən gələn hər şeyi etdi”

Almaniya bundestaqının deputatı Mariluize Bek Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, bu seçkilər “Azərbaycanda həyacan doğurucu vəziyyətin davam etdiyini bir daha göstərdi”. Hökumət seçiciləri real seçim imkanından məhrum etmək üçün əlindən gələn hər şeyi etdi.

“Seçki günü seçicilərin real iştirak faizinin hədsiz dərəcədə aşağı olması vətandaşların seçki prosesinə inamın qalmadığını göstərdi. Azərbaycan hakimiyyətinin ATƏT müşahidəçiləri qarşısında sərt limit qoyması onların seçki prosesini müşahidə etmək imkanını mümkünsüz etdi. Əliyev rejimi Azərbaycanı Avropanın demokratiya və insan hüquqları standartlarından uzaqlaşdırmaqda davam edir. Hakimiyyət üzərinə götürdüyü beynəlxalq öhdəlikləri açıq-aydın yerinə yetirmir. Parlament seçkiləri hakimiyyətin yaratdığı qorxu şəraitində keçib”, – deyə M.Bekin yaydığı bəyanatda bildirilir.

Almaniyalı deputat qeyd edir ki, Azərbaycan hakimiyyətinin 2013-cü ildən bəri apardığı represiya siyasəti müxalifətin siyasi proseslərdə iştirakına imkan vermir. Azərbaycan hakimiyyətinin davam etdirdiyi repressiya siyasəti Avropa Birliyini, o cümlədən Almaniyanı ciddi tədbirlər görməyə vadar etməlidir.

azadliq.info