Avropa Şurası Ermənistandan işğala son qoymağı tələb edir

aspaAŞPA-nın Siyasi İşlər Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi qəbul edib. Layihədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarılması və bütün bu ərazilər üzərində Azərbaycanın tam suverenliyinin təmin olunması tələb edilir. Sənəddə bildirilir ki, dünyada mövcud olan başqa konfliktlərlə müqayisədə Dağlıq Qarabağ probleminə diqqət xeyli azalıb.

Layihədə bildirilir ki, Minsk Qrupu çərçivəsində keçirilməli olan görüşlərdə Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən edilməli, Ermənistanla Dağlıq Qarabağ Azərbaycanla Naxçıvan arasında dəhlizlərin mövcudluğu təmin olunmalıdır. ATƏT-in təşkilatçılığı ilə Dağlıq Qarabağa beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməli və bununla Dağlıq Qarabağ və digər ərazilərdə yaşayan insanların təhlükəsizliyini təmin etməlidir.

Böyük Britaniyadan olan deputat Robert Uolterin hesabatı əsasında hazırlanmış  layihə AŞPA-nın 2016-cı ilin qış sessiyasında müzakirə ediləcək.

azadliq.info