Ərdoğan Putinlə Əsədi müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Suriyadakı böhranı müzakirə ediblər.

Vladimir Putin Türkiyə liderini Ədalət və İnkişaf Partiyasının (AKP) noyabrın 1-də keçirilən parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, ötən gün Rusiya XİN sözçüsü Mariya Zaxarova Bəşər Əsədin hakimiyyətdə qalmasının Rusiya üçün prinsipial məsələ olmadığını bildirmişdi (virtualaz.org).