Turkiyədə Gülənin 35 tərəfdarı tutulub

fettulah-gulenTürkiyə polisi mühacirətdə yaşayan dini xadim Fetullah Gülenlə əlaqələri olmaqda şübhəli bilinən 35 nəfəri həbs edib.
Hizmet dini hərəkatının lideri Fetullah Gülen Türkiyə rəsmiləri tərəfindən höküməti devirməyə cəhd etməkdə, paralel dövlət sistemi qurmaqda ittiham olunur.
Prezident Erdoğan Gülen tərəfdarlarını “dövlət içində dövlət” yaratmaqda ittiham edib.
Türkiyə mediasının bildirdiyinə görə, həbs olunanlar arasında yüksək rütbəli məmurlar və polis zabitləri də var.
Vaxtilə Fetullah Gülen prezident Recep Tayyip Erdoğanın müttəfiqi olub.
Lakin sonradan onların münasibətləri pozulub və nəticədə, Gülen hazırda ABŞ-da mühacirətdə yaşayır.
Türkiyə məhkəməsi 2014-ci ildə Gülenin həbsinə qərar verərək onu “terrorçu silahlı qruplar” yaradaraq idarə etməkdə ittiham etmişdi.
Bu ittihamı Gülenin özü qətiyyətlə rədd edir. (bbc azeri)