Tatlısəs nə qədər səs alıb?

ibrahim-tatlises2Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs  Şanlıurfadan müstəqil namizəd kimi seçki prosesinə qatılsa da, sonrdan namizədliyini geri götürmüşdü. Bülletenlər hazırlandıqdan sonra geri çəkilən Tatlısəs, xalqı 1 noyabrda ona səs verməməyə çağırmışdı. Tatlısəs addımını belə əsaslandırmışdı:
“Silahların kölgəsi altında siyasətlə məşğul olmayacam. Bülletenlərdə adımı görüb əsla işarələməyin”.

Lakin buna baxmayaraq, qutulardan müğənninin adı işarələnmiş yüz ədəd bületen çıxıb.

 

azadliq.info