«Siyasi həyatının qumarını oynadı və qalib gəldi»

erdogan-2011-qalib1Ərdoğan meydan oxudu: «Bütün dünya nəticələrə hörmət etməlidir»

7 iyun seçkisindəki məğlubiyyətdən sonra 4 gün gözə dəyməyən və nəticələri yazılı açıqlama ilə dəyərləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə tez üzə çıxıb. Noyabrın 1-də keçirilən parlament seçkilərində AKP-nin qələbəsi və təkbaşına iqtidar qura bilmək imkanı qazanması prezident Ərdoğanı seçkinin sabahısı açıqlama verməyə ruhlandırıb. Dünən Eyyub Sultan Məscidindəki səhər namazından sonra jurnalistlərə açıqlama verən Ərdoğan seçkinin nəticəsini millətin iradəsinin nümayişi kimi qiymətləndirib: “Milli iradə ilə ortaya çıxan nəticənin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Bir olaq, var olaq və birlikdə Türkiyə olaq. Üzərimizdə oynanılan oyunlara cavab verməliyik. Millətimə təşəkkür edirəm”.

Ərdoğan açıqlamasında aylardır onu tənqid hədəfinə alan dünya mediasını da unutmayıb: “Türkiyə ilə bu qədər maraqlanmaqdansa, öz ölkələrinə diqqət ayırsınlar. Səslərin yüzdə əllisini toplayan bir iqtidar var. Bütün dünya bu nəticələrə hörmət etməlidir. Millətim sağ olsun, var olsun”.

Ya mən, ya xaos…”

AKP-nin seçkidəki qələbəsini BBC də şərş edib (Strateq.az). Şərhdə bildirilir ki, bu dəfə Ərdoğanın partiyası Türkiyəni prezident respublikasına çevirməyə imkan verəcək 330 yerdən bir qədər az – 316 mandat alıb: “Amma bu o demək deyil ki, prezident hakimiyyəti öz əlində cəmləşdirməkdən əl çəkib. Buna baxmayaraq, AKP başa düşür ki, Türkiyə cəmiyyəti bölünüb. Qələbədən sonra məhz “hamının adından idarə etmək” vədinin verilməsi də bununla izah olunur. Müxalifətin böyük hissəsi isə bu vədlərə şübhə ilə yanaşır. Kürdlərə yaxınlığı ilə seçilən Xalqların Demokratik Partiyası kürdlərin yaşadığı vilayətlərdə silahlı mübarizənin yenidən başlaması ilə səs itirdi. Partiya liderləri idda edirlər ki, hökumət seçicilər qarşısında ölkədəki sabitliyin tək təminatçısı kimi görünmək üçün özü bu iğtişaşlara yol açıb.

Konstitusiyaya görə, siyasi mübarizədən kənarda durmalı olan prezident Ərdoğan “Ya mən, ya xaos” şüarı ilə kampaniya apardı.

Ərdoğanın hakimiyyətdə olduğu müddətdə müxalifət tədricən mediaya çıxış imkanlarını itirdi. Tənqidçi jurnalistlər isə bu və ya digər üsullarla susduruldu”.

Əsas sual cavabsız qaldı

əllif hesab edir ki, Ərdoğan bu seçkilərdə ölkənin qeyri-stabillikdən yeganə xilaskarı rolunda çıxış etdi və bir çox seçicilər buna inandı: “Amma əsas sual cavabsız qalır – Ərdoğan seçkilərdən sonra ölkəni birləşdirməyə səy göstərəcəkmi” 11 il baş nazir postunu tutduqdan sonra Ərdoğan 2014-cü ilin avqustunda ölkənin xalq tərəfindən birbaşa seçilən ilk prezidenti oldu. Bu vaxta qədər Türkiyədə prezident postu daha fərqli xarakterli idi. Prezident postunu tutduqdan sonra o əlində daha çox hakimiyyət cəmləşdirməyə başlayıb. Onun əsas məqsədi Türkiyəni prezident respublikasına çevirməkdir. Müxalifət isə daha çox Ərdoğanın dünyəvi ölkəni islam dövlətinə çevirməyə çalışmasından qorxur.

Hərbiçilərlə qarşıdurma

AKP-nin qalib gəlməsinə qədər son 10 il ərzində hərbiçilər siyasətə müdaxilə edərək islamçıların təsrinin artmasına mane olmağa çalışıblar. 2013-cü ildə Ərdoğan hərbi elitanı tam cilovlaya bilib. Ölkə ordusununÿ rəhbərliyində təmsil olunan hərbiçilər “AKP-yə qarşı hərbi çevriliş” ittihamı ilə ömürlük həbsə məhkum edildilər.

Çəkic əməliyyatı” nəticəsində bir çox zabit və jurnalist, siyasətçilər istintaqa cəlb olundular.

2011-ci ildə Türkiyə ordusunu ali zabit heyətindən 200 nəfərin həbs olunmasından sonra Hərbi Hava və Hərbi Dəniz Qüvvələri komandanları etiraz əlaməti olaraq istefa verdilər.

Ərdoğının rəqibləri idda edirlər ki, o məhkəmə sistemindən öz siyasi opponentlərinin susdurulması üçün istifadə edir. Onlara qarşı uydurulmuş ittihamlar irəli sürülüb.

Amma onun tərəfdarları sevinc içində idilər: Ərdoğan əvvəl toxunulmaz olan, özlərini Mustafa Kamal Atatürkün yaratdığı dövlətin mühafizləri hesab edən hərbiçilər və siyasətçilər üzərində qələbə çaldı”.

Taksim meydanında etirazlar

Yazıda qeyd olunur ki, 2013-cü ilin iyununda Ərdoğan hakimiyyəti bütün gücünü Istanbuldakı etirazların yatırılmasına yönəldib: “Bu etirazların başlamasına tikinti layihəsi ilə bağlı Gəzi parkındakı ağacların kəsilməsi səbəb oldu. Etiraz dalğası digər iri şəhərlərə də yayıldı. Bu aksiyalarda cəmiyyətin dünyəvi dövlət tərəfdarları iştirak edirdi. Bu insanlar Ərdoğan tərəfindən təşviq edilən islamçı dəyərlərin yayılmasından narahat olmuşdular. 2013-cü ilin dekabr ayında isə böyük korrupsiya qalmaqalı hökuməti silkələdi.ÿ Üç nazir oğlu həbs edildi. Ərdoğan tənqidi çıxışlarında əsas hədəf kimi “təxribatçıları”, sosial şəbəkələri seçdi, “Twitter”i “məhv etməyə” and içdi.

Türkiyənin bir çox vətəndaşlarını və xüsusən Anadolununÿ kiçik şəhər və kəndlərdə yaşayanları isə prezidentin “döyüşkənliyi” cəlb etdi.

Amma onun nüfuzunu 301 nəfərin həlak olduğu kömür mədənlərindən birində baş vermiş qəzaya “soyuq münasibət” göstərməsi zədələdi. Mədənin sahibləri onun sadiq tərəfdarlarından idi.

Ərdoğan bəyan edir ki, o Islam dəyərlərini yaymaq niyyətində deyil. Dediyinə görə, ardıcıl dünyəvi dövlət tərəfdarıdır. ÿAmma o türklərin özlərinin dini inanclarını açıq ifadə etmək hüququnu dəstəkləyir. Bu cür bəyanatlar AKP elektoratının çoxluq təşkil etdiyi Anadoluda rəğbətlə qarşılanır. Ərdoğanın ən sadiq tərəfdarlı onu “sultan” adlandırmağa başlayıblar və sanki Türkiyəni Osmanlı İmperiyasının “qızıl günlərinə” qaytarmağa” çalışırlar.

Sultan ədaları

Ərdoğanın tənqidçiləri idda edirlər ki, onun tikdirdiyi yeni prezident sarayı da avtoritar hakimiyyətinin təzahürüdür. Ağ Saray Ankara ətrafında bir təpədə inşa olunub.ÿ Sarayda 1000 otaq var, Kreml və Ağ Evdən daha böyükdür. Onun tikintisi Türkiyəyə 615 milyon dollara başa gəlib”.

Dünən Britaniyanın nüfuzlu “Guardian” qəzeti Türkiyədəki parlament seçkilərinin nəticələrini prezident Ərdoğanın siyasi həyatının qumarı adlandırıb: “Türkiyənin davakar prezidenti Ərdoğan bazar günü siyasi həyatının qumarını oynadı və qalib gəldi”.

Qəzet Türkiyə prezidentinin stabillik vədinin xalqa baha başa gələ biləcəyini yazıb: “Ərdoğan 7 iyun seçkisini uduzandan sonra ağır zərbə almışdı. Budəfəki qalibiyyətdən sonra sabitlik vədi verdi. Türklər Ərdoğanın vəd etdiyi sabitlik üçün ağır bədəl ödəyə bilər. Ərdoğanın bu vədi qorxuya – qonşulardan, kürdlərdən, əcnəbilərdən, amerikalılardan, Avropadan və nəhayət insanların bir-birindən qorxmasına söykənir.Ərdoğan “məndən sonra tufan qopacaq” siyasətini həyata keçirərək situasiyanı dəyişdirəcəyini düşündü. Prezident kimi, tərəfsiz olmalı olduğu halda sabitlik və təhlükəsizlik sözləriÿdilindən düşmədi. Və xeyli seçici Ərdoğanın bu xəbərdarlığınıÿnəzərə aldı”.