Müsavat İltizam Əkbərlinin məsələsinə baxacaq

gulaga“İltizam Əkbərlinin Müsavatın qərarına tabe olmaması müzakirə olunacaq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, Müsavat Partiyasının parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına tabe olmayan partiya üzvlərinin məsələsinə baxılacaq: “İltizam Əkbərlinin partiyanın qərarından sonra namizədliyini geri götürməməsinə Nizamnamə çərçivəsində qiymət veriləcək”.