İki uşaq anası olan hamilə gəlin özünü asdı

intiharAğdamda 22 yaşlı qadın intihar edib.

“Report” xəbər verir ki, hadisə rayonun Baharlə qəsəbəsindəki ev 215-də qeydə alınıb.

Belə ki, əslən Laçın rayonundan olan Günay Abbasəli qızı Məmmədova özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

G.Məmmədovanın 4 və 1.6 yaşlarında iki qız övladı var idi. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.