Bu dəqiqələrdə azərbaycanlı iş adamı özünə qəsd etmək üçün yarıtikili bir binaya çıxıb.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Əzizə İsmayılova öz “Facebook” hesabında yazıb. O, intihara cəhd hadisəsinin 9-cu mikrorayonda baş verdiyini qeyd edib. Məlumata görə, iş adamı Zərifə Əliyeva adına göz xəstəxanasının yanında yerləşən Zeytun bağının içərisində tikilmiş binanın üstünə çıxıb. Onun binanın sahibi olduğu və binanı sökmək istədikləri üçün intihar etmək istədiyi deyilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Təcili yardım maşınları gəlib.
Polis də hazırda hadisə yerindədir.