Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazında Gəncə hadisələrindən danışıb. Ayətullah Seyid Həsən Amili Gəncədəki imam Hüseyn (ə) əzadarlarının həbs edilməsini pisləyib: “Ayaqqabı ilə məscidə daxil olan adamdan bundan başqa bir iş gözlənilmirdi. Onun bu hərəkəti Azərbaycan dövlətinin əleyhinədir və dövlət onun belə hərəkətlərinin qarşısını almalıdır.
O həmişə özünün bu əməlinə düçar olacaq və ömrünün sonuna kimi etdiyi hərəkətlərinin aqibətinin qorxusu ilə yaşayacaq. Əlbəttə, Gəncə əhalisi Tasua və Aşura mərasimlərində özlərinin əzəmətli iştirakı ilə nə qədər vilayətçi və imamətçi olduqlarını göstərdilər”. (islamazeri.az)