AB xarici siyasət ofisi seçkiyə mənfi qiymət verdi

Federica MogheriniAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissarı Federiko Moqerininin ofisindən Azərbaycandakı parlament seçkilərinə münasibət bildirilib.

Ofisdən yayılan açıqlamada deyilir ki, Azərbaycan hakimiyyəti 1 noyabr seçkilərində müşahidəçilərin sayı ilə bağlı ATƏT DTİHB ilə razılığa gəlməyib və bu, DTİHB-i seçkilərin monitorinqində iştirakdan imtina etməyə məcbur edib.

“Azərbaycan hakimiyyəti ATƏT DTİHB-in əvvəlki parlament seçkilərindən sonra irəli sürdüyü tövsiyələri qəbul etməlidir. Avropa İttifaqı beynəlxalq standartlara əsaslanan şəffaf keçirilən seçkiləri dəstəkləyir”, – deyə açıqlamada qeyd olunur.

Açıqlamada müxalifətin seçkiləri boykot etməsi də əksini tapır.

“Avropa İttifaqı Azərbaycan vətəndaşlarının rifahı naminə ölkə qurumlartı ilə əməkdaşlığı davam etdirəcək. Bura yeni parlament də daxildir”, – deyə açıqlamada qeyd olunur.