yaqland-yeni

Yaqland Davudoğlunu təbrik etdi

yaqland-yeniAvropa Şurasının baş katibi Thorbjorn Yaqland baş nazir Əhməd Davutoğlunu partiyasının seçkidə qazandığı qələbə münasibəti ilə təbrik edib. Yaqlandın təbrik məktubunda deyilir:

“Qurulacaq hökumətin Türkiyənin bir çox çətinliyi həll etmək üçün təşəbbüs göstərəcəyinə və ona səs verməyənləri də əhatə edəcək barışçıl cəmiyyət quracağına ümid edirik”,-deyə Yaqland bildirib.

Avropa Şurasının əhəmiyyət verdiyi mövzularda Türkiyə ilə dialoq və əməkdaşlığa davam etməyə hazır olduqlarını bildirən Yaqland, məhkəmə islahatı və ifadə azadlığı sahəsində də islahatlar gözlədiyini bildirib.

 

azadliq.info