Türkiyədə partlayış: 20 yaralı

ev-partlayisTürkiyənin Mardin vilayətində partlayış baş verib. Nəticədə azı 20 nəfər xəsarət alıb.

İnsident Suriya ilə sərhəddə yerləşən Nüsaybin şəhərində baş verib.

Məlumata əsasən, yaşayış massivində avtomobil partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı ticarət mərkəzində yanğın başlayıb. Xəsarət alanlar xəstəxanalara çatdırılıb.