“The Telegraph”: “Rusiya təyyarəsini İŞİD vura bilməzdi”

rus-teyyare-qeza-misir3İŞİD Misirdən Sankt-Peterburqa uçan Rusiya təyyarəsinin qəzaya uğramadığını, qruplaşma tərəfindən vurulduğunu iddia edir. Rusiya tərəfi bu iddianın əsassız olduğunu deyərək İŞİD-i yalanlayıb. Misir hökumətindən isə yekun rəy gəlməsə də, ilkin ehtimal kimi texniki nasazlıq göstərilir.

”The Telegraph” qəzetiÿdünənki sayında Rusiya təyyarəsinin İŞİD tərəfindən vurulmasının qeyri-mümkün olduğunu yazıb: “Təyyarə elə bir yüksəklikdə uçub ki, onu İŞİD-in əlində olan silahlarla vurmaq mümkün olmazdı. Təyyarənin IŞID tərəfindən vurulduğunu təsdiqləmək üçün ortadaÿiddiadan başqa heç nə yoxdur”.

Xatırladaq ki, oktyabrın 31-də baş verən qəza nəticəsində 224 nəfər həyatını itirib və faciəylə bağlı noyabrın 1-i Rusiyada matəm elan olunub. Bu, Rusiya tarixində insan tələfatının ən böyük olduğu aviaqəzadır.

Reuters”in məlumatına görə, Sinay yarımadasında baş verən qəzadan sağ çıxan olmayıb. Sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşları olan turistlərdən ibarətdir.  “MetroJet” şirkətinə məxsus Airbus Misirdən Sankt-Peterburqa uçurmuş. Təyyarə uçuşa başlayandan 23 dəqiqə sonra Larnaki rayonunda radarlardan itib.

Dünən Suriya lideri Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə teleqram göndərib. Əsəd Rusiya təyyarəsinin qəzaya uğraması zamanı həyatını itirən  200-dən artıq Rusiya vətəndaşı ilə bağlı Putinə başsağlığı verib.

Bir çox ölkə liderləri, eləcə də ABŞ dövlət katibi Con Kerri və ukraynalı siyasətçilər də Putinə başsağlığı veriblər.