xanbahadir@mail.ru
İlham Əliyev – Ramiz Mehdiyev kompaniyasının daha bir saxta seçkisi! Sonra da I.Əliyev satılmış jurnalistləri yığıb: “Bizim milli ideyamız var”, deyir. Ortada gerçəkdən Milli ideya olsaydı, parlamentə doğru-düzgün seçki yoluyla demokratik düşüncəli, doğru-düzgün, dəyərli adamlar seçilərdi. Indi “seçilənlər” hər hansı Milli ideyaya düşmən korrupsioner rejim başçılarının seçimidir – nomenklatur seçimi! Belə korrupsioner seçkilər qaldıqca bütün dövlət hakimiyət sistemi Eldar Mahmudovun dövləti çökürtməyə yönəlik Milli Təhlükəsizlik Nazirliyinin TOPLUSU olaraq qalacaq!
Hər seçki öncəsi olduğu kimi, yenə seçki öncəsi Rauf Arifoğlunun qəzetinə xalqı aldatmağa yönəlik bir sıra informasiyalar ötürdülər. Onlardan biri – bunların seçkiönü texnologiyalarına özgü olanı – beləydi: “Seçkidən sonra hakimiyət müəllimlərin maaşlarını 40 faiz artıracaq”. Sözsüz, yalandır – müəllimləri aldadıb olduğundan daha çox rejim-seçki qulluqçusuna çevirmə yalanı. Belə yalanlar olmasa da, müəllimlər çoxdan seçkilərdə rejimin qatı əlaltıları olaraq çıxış edirlər: az-çox aylıq almalarından, aylıqlarının artırılıb-artırılmayacağından asılı olmayaraq. Gerçək Milli ideyası, gerçək Milli strategiyası olmayan rejimlərdə belə olur: müəllimlər başda olmaqla, ölkənin böyük kəsimi çeşidli yollarla ideyasızlıq bataqlığına sürüklənərək korrupsioner-kriminal rejim əlaltısınıa çevrilir. Böyük ideyasızlıq axarında Təhsil, Sağlamlıq sistemlərinin dağıdılması yoluyla xalq kütləvi olaraq aşındırılıb-ucuzlaşdırılır, ucuzlaşa-ucuzlaşa özü də bilmədən yolsuzluq yolunun yolçusuna çevrilir. Belə düşünülmüş, planlı biliksizlik, kütləşmə mənəvi-psixoloji düşkünləşmə içində istər-istəməz durmadan müxalifət partiyalarının sıraları seyrəlir, eləcə də durmadan hakimiyət partiyasının sıraları genişlənir, toplam desək, müxalifət düşərgəsi daraldıqca hakimiyət düşərgəsi genişlənir. Bundan sonra nə vaş verir? Bundan sonra hakimiyət – müxalifət çarpışması hakimiyətiçi çarpışmaya çevrilir.
Üstdən aşağı ortada Milli ideya olmadığından, Milli ideyanın yerini üstdən aşağı pul yığımı, varlanmaq ideyası tutduğundan hakimiyətin içindən dağılma sürəci başlayır. P.Hüseynov -R.Arifoğlu kompaniyası özlərinə yaxın saxta müxalifət liderləri ilə birgə bu gün MTN-də baş verənləri “islahat” adlandırırlar. Ancaq, burada “islahat” adına azacıq da nəsnə yoxdur. Bu, indilikdə doğal sistemiçi çarpışma görsənişidir. Indiki korrupsioner, qondarma seçkilərlə MTN-də baş verənlər, MTN-lə bağlı ortaya çıxan rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya görsənişləri bütünlüklə üst-üstə düşür: Milli ideyadan uzaq olmaqla, korrupsiya yoluyla parlament formalaşdırılan ölkədə indikindən ayrı, indikindən seçilən Milli Təhlükəsizlik Nazirliyi ola bilməz! Eləcə də Milli Təhlükəsizlik Nazirliyindən seçilən hər hansı nazirlik, dövlət qurumu ola bilməz. Olarsa, bu, absurd olar. Siyasi sistem normalarından, rejim qanunlarından qırağa çıxan absurd! Illərdi prezident, parlament seçkiləri qabağı rejim müxalifət arasına Troya atı olaraq yeritdiyi “Yeni Müsavat” qəzetinə “bu seçkidən sonra siyasi komanda dəyişəcək, rüşvətə, korrupsiyaya bulaşmamış gənclərdən yeni siyasi komanda formalaşdırılacaq, maaşlar artırılacaq, ölkə tezliklə cənnətə dönəcək” tipli informasiyalar ötürür. Beləcə, daha bir seçki xalqı aldatmaqla yola verilir. Belə seçkilərdən xalq, ölkə, dövlət itirir, qazanan hakimiyət, bir də müxalifət içindəki, eləcə də müxalifətdən qıraqdakı “bitərəf” hakimiyət əlatıları – satılmışlar olur. Strateji planda – xalqın, ölkənin, dövlətin illərlə aşındırılıb dağıdılması anlamında hamı itirir. Hamı deyəndə, özünü, gələcəyini bu xalqa, bu ölkəyə, bu dövlətə bağlayanlar itirir.
R.Mehdiyaevin qorxunc gözətimi altında Azərbaycan tarixinə daha bir qondarma-korrupsioner-kriminal “seçki” yazıldı: başdan ayağa LEGITIMSIZLIK yoluyla Azərbaycanı MARIONETKAYA çevirənlərin seçkisi!