Osminoq kimdir?!

ibrahim-ibrahimli-enyeniIbrahim İbrahimli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı deputat

Və ya insanların heyvana çevrildiyi məmləkət-“Heyvanıstan”

Dünya şöhrətli, sol düşüncəli yazıçılar ilk vaxtlar SSRİ-də gedən siyasi prosesləri maraqla izləyir və kommunist hərəkatlna kapitalizm böhranından çıxış yolunu göstərən eksperimentlərdən biri kimi baxırdılar. Məsələn, B.Şou, R.Rollan, N.Hikmət, L.Araqon, Andersen-Nekse, Malro, Feyxtvanger o çümlədən Corc Oruell. 1930-cu il repressiyalarından sonra özlərini siyasi baxışlarına görə “demokratik sosialist” sayan yazıçıların demək olar ki, hamısının ilkin rəyləri kəskin şəkildə dəyişdi. Hətta Marksist  Fəhlə Rartiyasının üzvü Corc Oruell sosializmə  parodiya olan “Heyvanistan” əsəri ilə bu düşərgənin acınacaqlı durumunu- insanın necə heyvana, çəmiyyətin isə necə fermaya çevrildiyini alleqorik janırda təsvir etmişdi. Təbii ki, bu alleqorik ümumiləşdirmələrin arxasında janıra uyğun olaraq müəyyən ideyalar, siyasi şəxsiyyətlər və qurumlar dayanır. Məsələn, malikanə fermasının sahibi Çons sonunçu Rusiya imperatoru ikinci Nikolayın, Napoleon isə Stalinin ümumiləşdirilmiş obrazlarıdır, ferma isə keçmiş SSRİ-nin ərazisini əhatə edən məkanıdır.Əslində, Oruell Stalinin timsalında sovet məkaında utopuyanın necə antiutopiyaya çevrilməsinin bariz nümunəsini yaratmışdı.Ötən bu yüz ildə sovet imperiyası çöksə də, onun tərkibində olan xalqların həyatında ciddi dəyişikliklər baş versə də əsər hələ də öz aktuallığını qoruyub saxlayır.

Cünki insanların heyvana çevrilməsi hələ də davam edir…

Hələ də OLIQARXIK sistemlər insanların beynini, ruhunu və mənəviyyatını dəyişdirmək iddiasından əl çəkməyiblər. Hələ də tarixin saxtalaşdırılması… hələ də keçmişin unutdurulması… hələ də insanların manqurtlaşdırılması prosesi gedir… Ona görə də qara-qorxu içərisində yaşayan toplumlarda patoloji dəyişikliklər baş verir: laqeyidlik, biganəlik, yaltaqlıq insanları idarə olunan amorf kütləyə çevrilir. Çünki dünyanın çox yerlərində o çümlədən Azərbaycanda hələ də Böyük Qardaşlar daha da təkmilləşmiş ”Fikir Polisləri” ilə insan iradəsini və əzmini sındırıb, qapalı rejimə salmağa çalışırlar. Əslində, Corc Oruell bu əsəri ilə həyacan təbili çalırdı ki, əgər insanların heyvana çevrilməsinin qarşısı alınmasa bu proses yerüzünün dörd bir tərəfinə yayılacaq, hər yerdə DONUZLAR hakimiyyətə gələcək və bütün dünya “Heyvanıstan”a çevriləcək!

Donuzların qələbəsi…

“Bütün heyvanlar bərabərdir” şüarı ilə yola çıxan donuzlar Napoleon və Snoubollun başçılığı altında qiyam qldırıb Consu fermadan qovurlar.Uzun sürən mübarizədən sonra, nəhayət heyvanlar insanlara qalib gəlib, alleqorik şəkildə olsa da öz müstəqil dövlətlərini qururlar. Bir müddətdən sonra ferma respublika elan olunur. Çox keçmir ki, donuzlar arası nüfuz uğrunda mübarizədə təşəbbüsü ələ alan Napoleon Snoubollu məğlub edir, yekdilliklə respublikanın prezidenti seçilir və əvvəlki sistemdən daha irticaçı bir sistem yaradır. Səriksiz hakimiyyət statusuna sahiblənən Napoleon, mütləq hakim sələhiyyətindən istifadə edib  “Bütün heyvanlar bərabərdir” şüarına düzəliş edir: amma bəzi heyvanlar, xüsusilə də donuzlar daha üstün və bərabərdir. Çünki onlar ağıl işlədir və zehni işlə məşqul olurlar, ona görə də öz intelektləri ilə başqalarından fərqlənirlər. Bu əlavə də elə sonun başlağıcı oldu: ferma dağıldı, yazıldığı tarixdən əlli il sonra isə onun simvolizə etdiyi rus-sovet imperiyası çökdu. Amma əsər öz aktuallığını saxladı.

Çünki parodiya olaraq sovet dövrünə həsr edilən  “Heyvanıstan” romanı əslində, postsovet dönəmi üçün daha xarakterik idi: nədən ki, demokratiya dalğası üzərində hakimiyyətə gələn milli demokratik qüvvələr çox keçmədi ki, daxili və xarici müdaxilələr nəticəsində suquta uğradılar. Baltik ölkələri istisna olmaqla bütün respublikalarda, o cümlədən Azərbaycanda da revanşistlər, daha doğrusu, sovet tör-töküntüləri: keçmiş kommunustlər və komsomollar bu dəfə demokratiya adı altında yenidən hakimiyyətə gəldilər. Özü də bu qayıdışı “QURTULUŞ” kimi təqdim edib xalqın boynuna minnət qoydular: Əgər biz gəlməsəydik! Əgər biz olmasaq! Əgər biz getsək! Beləcə, bu minnət və sünnətl ilə düz 22 ildir ki, “QURTULUŞ” davam edir və hər on ildən bir məmləkətə şok sürprizlər yaşadır.

Hacı Məmmədov və Eldar Mahmudov sürprizi…

Polkovnikin həbsindən sonra illərlə bağlı qalan bir çox sifarişlı qətillərin və adam oğurluqlarının üstü açıldı. Bu əməliyyat on il əvvəl keçirilsə də bu günə kimi üzərindən sirr pərdəsi götürülməyən bir çox cinayətlər qalır, çünki o icraçı imiş, sifarişləri daha yüksək dairələrdən alırmış. Onun “dəsti-xəttini” tədqiq edən mütəxəssislər müəyyən ediblər ki, sən demə, məşhur qanqster sifarişli qətilləri icra etmək üçün əvəzində mükafat kimi adam oğurlayırmış. Hacı Məmmədovun MTN təcridxanasında saxlanması da əslində, onun kifayət qədər sirli və məlumatlı adam olması ilə bağlıdır. Ona görə də yüksək səviyyədə “himayə” olunur, çünki qanqsteri “GÖZ”dən və “QULAQ” dan uzaq qoymaq olmaz… İşə bax ki, düz, on il Hacı Məmmədovdan göz-qulaq olan Eldar Mahmudov indi özü göz-qulaq altındadır. Maraqlıdır, bu iki banda başçısını, daha doğrusu, sirr dağarcıqlarını özündə birləşdirən…

OSMİNOQ KİMDİR?

Əgər xatırlayırsınızsa, indi MTN -nin ətrafında baş verən bu şok olaylar düz, on il bundan qabaq- dünyanın düz vaxtı DİN-nin ətrafında çərəyan edirdi. O zaman da indiki kimi tuthatut, qaçhaqaç idi…”Qara Kəmər” ustaları klass göstərirdilər! Generallardan biri tab gətirmədi, ürəyi partlayıb oldü. O biri isə mətbuata çıxıb “açaram sandığı tökərəm pambığı”deyib xəta-balanı özündən uzaqlaşdırdı.  Yadınızdamı, Hacı Məmmədov o zaman nə demişdi?  Demişdi ki: “mən kiməm ki OSMİNOQun bir barmağıyam” Bilənlər bilir, bilməyənlər üçün bir arayış verim: Osminoq mütəxəssislərin tədqiq edib üzə şıxartdığı 10 ən ağıllı heyvandan 9-cu yerin sahibi- səkkizayaqlı İlbizdir. Onlar sualtı aləmin ən ağıllı heyvanlarından biridir: oynaya, rəngləri və formaları seçə, tapmaca həll eliyə, labirintlərdə çıxış yolu tapa bilirlər. Hətta proqnoz da belə verə bilirlər: Oberhauzendə akvarium mərkəzindəki məşhur osmenoq Paul İspaniyanın 2010-cu il futbol üzrə dünya çempionatında qələbəsini və Almaniya yığmasının üçüncü yeri tutacağı barədə düzgün xəbər verib. Paul çempionat çərçivəsində cəmi səkkiz proqnoz verib və onların hamısı düz çıxıb. Hacı Məmmədovun bu ağıllı heyvanın adını çəkməsi təasadüfi deyil, bunun sətraltı mənası var, yəni bütün bu “irili-xırdalı oyunların” arxasında ağıllı bir adam-“dərin dövlət” dayanır.    Həmin vaxt mən bir məqalə yazdım: Bəxtəvər başımıza, sən demə, görəcəkli günlərimiz hələ qabaqdadır…8 ayaqlı İblizin çəmi bir barmağı gedib yeddisi qalır, vay halımıza…

P.S. Görəsən, Eldar Mahmudov OSMİNOQun özüdür, ya ayağı? Əgər Eldar Mahmudov ayaq, Hacı Məmmədov barmaqdırsa,onda OSMİNOQ kimdir..?!

Начало формы