Nazirliyin daha bir vəzifəli şəxsi həbs edildi
“Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədovu saxlaması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bunu virtualaz.org saytına açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.
M.Əmirovun sözlərinə görə, nazirlikdə Namazəli Məmmədov adlı şəxs işləmir: “Bizim nazirlikdə çalışanlar arasında Namazəli Məmmədov adlı birisi yoxdur. Bundan əlavə, nazirlikdə Optik Qurğular İdarəsi adlı qurum da yoxdur”.
***
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in məlumatında bildirilir ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb.