Müsavatçı namizədlərə nə qədər səs yazıldı?

musavat-mitinq2015oktSeçkiyə bir neçə gün qalmış Müsavat partiyasının Divanı  parlament seçkilərində iştirakdan imtina barədə qərar verdi. Bu qərar birmənalı qarşılanmadı. Partiyanın bəzi namizədləri buna əhəmiyyət verməyərək, seçkidə iştiraklarını sona kimi davam etdirəcəklərini bildirdilər. MSK da müraciətin gec verilməsini əsas gətirərək (Seçki Məcəlləsinə görə, namizədlikdən imtina seçkiyə 10 gün qalmışa qədər olmalıdır – red.) həmin namizədlərin adlarını seçki bülletenində saxladı. Müvafiq seçki komissiyaları tərəfindən onlara yazılan səsləri təqdim edirik:

  1. Nadir Allahverdiyev – 5 saylı Şahbuz-Babək seçki dairəsi – 46 səs
  2. Gülağa Aslanlı – 10 saylı Binəqədi seçki dairəsi – 487 səs
  3. Niyaz Nəsirov – 13 saylı Xəzər seçki dairəsi – 1253 səs
  4. İsa Qəmbər – 15 saylı Yasamal birinci seçki dairəsi – 599 səs
  5. Zakir Məmmədzadə – 25 saylı Nizami ikinci seçki dairəsi – 1100 səs
  6. Misir Mahmudov – 30 saylı Suraxanı birinci seçki dairəsi-434 səs
  7. Mustafa Hacılı – 31 saylı Suraxanı ikinci seçki dairəsi – 1078 səs
  8. Arif Hacılı – 33 saylı Xətai birinci seçki dairəsi – 1799 səs
  9. Dilşad Nağıyeva – 34 saylı Xətai ikinci seçki dairəsi-547 səs
  10. Elman Fəttah – 46 saylı Şirvanseçki dairəsi-184 səs
  11. Nürəddin Rüstəmli – 49 saylı Yevlax seçki dairəsi-237 səs
  12. Səxavət Soltanlı – 50 saylı Abşeron seçki dairəsi-661 səs
  13. Söhrab Əmrahov – 55 saylı Xaçmaz şəhər seçki dairəsi-1447 səs
  14. Vilayət Abuşov – 57 saylı Kürdəmir seçki dairəsi-412 səs
  15. Valeh Hümmətoğlu – 59 saylı Salyan seçki dairəsi-508 səs
  16. Mirzağa Axund – 60 saylı Salyan-Neftçala seçki dairəsi-440 səs
  17. Davud Qurbanov – 68 saylı Cəlilabad kənd seçki dairəsi-650 səs
  18. Xasay Fərzulla – 71 saylı Masallı kənd seçki dairəsi-601 səs
  19. İltizam Əkbərli – 79 saylı İmişli seçki dairəsi-2927 səs
  20. Yusif Namazoğlu – 96 saylı Goranboy seçki dairəsi-357səs
  21. Ikram İsrafil – 115 saylı Şəki kənd ikinci seçki dairəsi- 1923 səs
  22. Razim Əmiraslanlı – 120 saylı Cəbrayıl seçki dairəsi-891 səs
  23. İsgəndər Həmidov – 123 saylı Kəlbəcər seçki dairəsi-1280 səs.