ABŞ, dövlət katibi Con Kerri, Orta Asiya turu çərçivəsində Qazaxıstanın paytaxtı Astanaya səfər edib.
Kerrini Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov qarşılayıb. Kerri və İdrisov Astanada keçiriləcək Qazaxıstan-ABŞ Strateji Dialoq yığıncağına başçılıq edəcəklər. Dördüncü dəfə baş tutacaq yığıncaqda, regional və ikitərəfli əlaqələrlə yanaşı, Əfqanıstan, Suriya və İŞİD problemi də müzakirə olunacaq.
Kerri bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən də qəbul ediləcək.
azadliq.info