Abgül Süleymanovun işini aparan MTN müstəntiqi həbs edildi
Noyabrın 1-də MTN-nin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbərov saxlanılıb. Məhkəmə hökmü ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ruhani hacı Abgül Süleymanovun istintaqının rəhbərliyini Vüsal Ələkbərov öz üzərinə götürmüşdü. O İstintaq İdarəsinin şöbələrindən birinin rəisi, polkovnik-leytenant rütbəsində idi.
“Allahdan danışanda qulaqlarını tutardı…”
Abgül Süleymanov təcridxana xatirələrində bu gün həbs olunan MTN müstəntiqi haqda yazır:
“Bir ildən çox MTN təcridxanasında xüsusilə MTN-nin yüksək rütbəli məmurları ilə maraqlı söhbətlərim olurdu. Belə söhbətlərdən biri MTN-nin İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyevlə olmuşdu. Söhbətə başlayanda o mənə “Nə istəyirsiz?” dedi… Mən isə ona “Hicabı orta məktəblərdə niyə qadağan edirsiz?” dedim. O isə mənə “Mən etməmişəm İran edib…” dedi. Mən generala “İran bizə Hicab qadağan edəb bilər?! Özü islam ölkəsi ola-ola belə şey, özüdə bizim ölkəmizdə?…. Söz tapmırsan danışmağa.” dedim… Dedi: “Bilirsən niyə hicabı qadağan etmişik? Ona görə ki, sən Abgül bir vaxt çıxıb deyəcəksənki, şərab içmək haramdır şərab zavodları bağlanılsın. Haradaki hicablı xanımlar var durub sən dediyini deyəcəklər. Onlar deyəcəklərki, eşidmədizki, Abgül deyir ki, şərab haramdır və şərab zavodları bağlanılsın…” Digər barəsində danışmaq istədiyim şəxs mənim istintaqımı aparan polkovnik leytenant, İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovdur. Bu şəxsə Allah haqqında danışanda qulaqlarını iki əllə yumar və “mənim yanımda Allahdan danışma” deyərdi. Mən ona bir dəfə “Vaxt gələcək övladlarınız namaza, oruca dinə gələcək. Bizə qoşulacaqlar” dedim. O isə “heç vaxt imkan vermərəm onlar dinə gəlsinlər…”