Türkiyə prezidenti Ərdoğanın Sarıyer Tarabyadakı qonaq sarayı qarşısında intihar hadisəsi baş verib.
Məlumata görə, sarayın qarşısına yaxınlaşan bir şəxs, prezident Ərdoğanla görüşmək istədiyini bildirib. Prezidentin sarayda olmadığını, bu səbəbdən görüşün hələlik mümkün olmayacağını bildirən mühafizəçilər, gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, “yox” cavabı alan şəxs, mühafizəcilərdən birinin üstünə atılaraq onun silahını ələ keçirə bilib. O, az sonra ələ keçirdiyi silahla başına atəş açaraq intihar edib.
azadliq.info