İŞİD Misirdə qəzaya uğrayan Rusiya təyyarəsini özünə bağlı dəstənin vurduğuna dair iddiasını gücləndirir. İŞİD təyyarəni vurduğunu qəzadan xeyli keçəndən sonra bəyan edib. Lakin bu terror təşkilatın bəyanatı ciddiyə alınmır. Rəsmi versiyalarda təyyarənin nasazlıq səbəbindən qəzaya düşdüyü deyilir. Təyyarənin vurulduğu haqda əvvəldən heç bir mülahizə səslənməyib. Rusiya tərəfi də İŞİD-in iddiasını təkzib edib.
Bundan başqa, artıq bir neçə mənbədən mediaya təyyarənin nasaz olduğu haqda məlumatlar sızıb.
Bununla belə, İŞİD-in Misir qolu təyyarəni onların vurulduğu iddiasını “sübuta yetirmək” üçün bir video paylaşıb. Videoda yanaraq yerə düşən bir təyyarə görüntülənir. Bunun məhz Misirdə qəzaya uğrayan həmin təyyarə olduğu isə videodan aydın deyil.



