Avropa Məhkəməsi 5 noyabrda Tofiq Yaqublu ilə bağlı qərar verəcək

tofiq-yaqublu“Tofiq Yaqublunun işi ilə bağlı Ali Məhkəmənin qərarını almamışam. Ümumiyyətlə işi Şəki apellyasiya məhkəməsinə göndərildiyi haqqında da heç bir məlumatım yoxdur”. Bunları Deyerler.org-la Tofiq Yaqublu ilə bağlı açıqlama verən vəkili Nemət Kərimli deyib. O qeyd edib ki, Tofiq Yaqublunun işi ilə bağlı bir yenilik var: “Avropa Məhkəməsi Tofiq Yaqublunun xeyrinə qərar qəbul edəcək. Belə ki, noyabr ayının 5-də konvensiyanın 5-ci maddəsinin “azadlıq hüququnun pozulması” ilə bağlı qərarı elan edəcək”.