Filippində bazar yanıb: 15 ölü

baki-bina-yanginFilippinin cənubunda bazarın yanması nəticəsində 15 nəfər ölüb.

Ölənlərdən 4-ü yetkinlik yaşına çatmayan uşaqdır. Hadisə bu gecə Zamboanqa şəhərindəki yarmarkada baş verib. İlkin məlumata görə, yerlə gedən elektrik xətlərindən çıxan qığılcım bazarın girişindəki satış nöqtələrinə keçib.

Daha sonra yanğın paltarlar olan çadırlara keçib. Şəhər administrasiyasının verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərlə yanaşı, 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Polisdən bildirilib ki, ölənlər çadırlarda yatmış satıcılardır. (APA)