Bu gün tanınmış jurnalist Şahvələd Çobanoğlu dostumuzun doğum günüdür. Onu təbrik edir, uzun ömür can sağlığı arzulayır, ictimai və mətbu fəaliyyətində uğurlar arzu edirik. Mənim üçün Şahvələd bəyin müstəqillik dövründə keçən həyat yolu və qələm təcrübəsi bir örnəkdir. Adam 1969-cu ilin iyul plenumundan sonra doğulsa da, hər kəsə nümunə ola biləcək bir həyat hekayəsi yarada bildi. Hətta uşaqlarının adını da hamıdan fərqli qoydu: Barış və Mete. Əminliklə deyə bilərəm ki, bu adlar hələ ki, Azərbaycanda təkrarlanmayan adlardır. “Qələmin müqəddəs vəzifəsi millətə xidmətdən keçir” klassik deyimini günümüzdə yaşadan azsaylı jurnalistlərimizdəndir, Şahvələd bəy. Toxunduğu istənilən mövzunu hadisəyə çevirə bilir. Yazılarının mövzusu rəngarəng olsa da, dili çox sadədir, düşüncələri dərdlərimiz üzərində köklənib. Son illərin ağrılı hadisələri təkcə qələmini deyil, şəxsiyyətini də cilaladı. İçərisində gəzdirdiyi “məni” obrazlaşdıra bildi. Vətənimizdə bütün vücudunu və ruhunu millətin tərəqqisinə təslim etmiş belə vicdan sahiblərinə, ötən əsrin əvvəllərində təsadüf edilirdi . Şahvələd bəy zəmanəmizdə həmin ənənənin davamçılarındandır.

Cəmil Həsənli Şahvələd Çobanoğlunu təbrik etdi
•