Buxarestdə güclü partlayış: 27 ölü, 200 yaralı FOTO

1705726Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb, 150 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

Xəsarət alanlardan 25-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə zamanı Buxarestin “Colectivу” gecə klubunda 300-dən çox insan olub. Partlayışdan sonra klubda yanğın başlayıb.

İlkin versiyaya görə, insident pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində baş verib.